Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Koreya Cənuba daha 350 zibil balonu göndərib

Şimali Koreya Cənuba daha 350 zibil balonu göndərib


Şimali Koreya may ayından etibarən beşinci dəfə Cənubi Koreyaya zibil balonu göndərib.

Newscenter.az Reuters-ə istinadən bildirir ki, bu dəfə göndərilən zibil dolu balonların sayı 350 ədəd olub.

Cənubi Koreya Baş Qərargahı (JCS) verdiyi yazılı açıqlamada, zibillə doldurulmuş təxminən 350 şardan 100-nün paytaxt Seul və Gyeonggi şəhərinə düşdüyünü qeyd edib.

Bəyanatda Şimali Koreyanın təşəbbüslərinə cavab olaraq səsucaldanlar vasitəsilə təbliğat aparmağa hazır olduqları və bu cür psixoloji müharibənin həyata keçirilməsinin Şimali Koreyanın hərəkətlərindən asılı olacağı barədə xəbərdarlıq edilib.

Şimal tərəfinin mayın 28-dən etibarən Cənuba təxminən 2 min zibil balonu göndərdiyi bildirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş