Federal Təhqiqatlar Bürocu (FTB) ölkə daxilində bir çox agentin iştirakı ilə əməliyyat həyata keçirib və ölkəyə daxil olan 8 Tacikistan vətəndaşı həbs olunub.
Newscenter.az-ın "Haber Global"a istinadən məlumatına görə, adı çəkilən 8 tacik aylar əvvəl ABŞ-ın cənub-qərb sərhədində sığınacaq istəyib. ABŞ federal rəsmiləri o zaman düşünürdülər ki, bu insanlar Mərkəzi Asiyada yoxsulluqdan qurtulan çarəsiz immiqrantlardır.
Lakin ABŞ-a qəbul edildikdən sonra FTB bu şəxslərin İŞİD-lə əlaqəsi ola biləcəyindən şübhələnib və antiterror təhqiqatına başlayıb.
Anar Əliyev