Türkiyədə ikinci əl avtomobillərə tələbat azalıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, may ayının göstəriciləri belə deməyə əsas verir.
Məlumata görə, ikinci əl onlayn minik və yüngül ticari vasitə bazarında satışlar may ayında keçən ilin eyni dövrünə görə 7 faiz azalaraq 160 min 811 ədəd olub.
İlin əvvəli və mayın sonunda ikinci əl bazarında qiymətlərin 1,89 faiz artdığı müşahidə edilib.
Yanvar-may dövründə ötən ilin ilk 5 ayı ilə müqayisədə dizellə işləyən avtomobillərin ümumi satışlarda payının 4,32 faiz azaldığı, elektriklə işləyən avtomobillərin payının isə 105 faiz artdığı müşahidə olunub.
Natiq Orucov