Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul hava limanı Avropada liderdir

İstanbul hava limanı Avropada liderdir


İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı kimi ilk yerdə qərarlaşıb.

Newscenter.az Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən bildirir ki, hava limanından gündə orta hesabla 1520 uçuş həyata keçirilir.

Məlumata görə. 17-23 iyun tarixləri arasında ümumilikdə Türkiyənin hava limanlarından gündə orta hesabla 3 min 894 uçuş həyata keçirilib. Beləliklə, Türkiyə Avropanın ən çox trafikə malik ölkələri arasında 6-cı yerdə qərarlaşıb.

Həmçinin, Türkiyə hava məkanı hər uçuş üçün 0,5 dəqiqədən az gecikmə ilə Avropanın ən səmərəli hava məkanları arasında yer alıb.

Hesabata daxil edilən 25 qlobal hava limanı arasında 17-23 iyun tarixləri arasında gündəlik orta hesabla 768 təyyarə uçuşu həyata keçirən İstanbul Hava Limanı dünyada 7-ci yerdə qərarlaşıb.

Natiq Orucov
Xəbəri paylaş