Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqını Rusiya və Belarus sərhədində 700 kilometrlik müdafiə xəttinin tikintisinə pul ayırmağa çağırıb.
Newscenter.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə “dörd ölkə liderinin Avropa İttifaqının rəhbərliyinə göndərdiyi məktubda qeyd edilib. Məktubda vurğulanır ki, istehkamların planlaşdırılması və tikintisi NATO və alyansın hərbi tələbləri ilə əlaqələndirilməlidir.
"Aİ-nin Rusiya və Belarusla xarici sərhədlərində müdafiə infrastrukturu sisteminin yaradılması Aİ-ni hərbi və hibrid təhlükələrdən qorumaq üçün vacibdir",-deyə məktubda vurğulanır.
Qeyd edək ki, bəzi Aİ diplomatları belə yerüstü müdafiə şəbəkəsinin qurulmasının dəyərini təxminən 2,5 milyard avro dəyərində qiymətləndiriblər.
Anar Əliyev