"Söz azadlığına arxalanaraq ölkədə heç nə dəyişməyəcək deyib vəziyyəti daim gərginləşdirməyə ehtiyac yoxdur. Bu, doğru deyil. Qüsurlar var, amma vəziyyət çox da pis deyil".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev deyib. Onun sözlərinə görə. belə məlumatların heç bir faydası yoxdur:
"İnsanları isə əksinə, depressiyaya salır, cəmiyyətdə laqeydlik yaradır”.
Tokayev, "Biz bu işi davam etdirəcəyik. Çünki bu, dövlət strategiyasının mühüm tərkib hissəsidir. Biz Ədalətli Qazaxıstan yaratmağa çalışırıq. Bu, boş ideoloji abstraksiya deyil, əsl milli seçimdir. İnandığımız uca idealdır və enerjimizi buna sərf etsək, reallığa çevriləcəyik”,-deyə bildirib.
Fuad Hüseynzadə