Qazaxıstanda keçiriləcək ümumxalq səsverməsinin vaxtı dəqiqləşib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstanda bu ilin payızında atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçiriləcək.
Referendum barədə danışan prezident Kasım-Jomart Tokayev deyib ki, iqtisadiyyatın inkişafı üçün sabit enerji mənbəyi lazımdır:
"Ona görə də mən konkret tapşırıq vermişəm ki, AES-in tikintisi məsələsini işləyin. İndi hərtərəfli müzakirə gedir. Müxtəlif fikirlər səslənir. Kütləvi informasiya vasitələri də bu prosesdə fəal iştirak etməlidirlər”, - deyə prezident bildirib.
Dövlət başçısının sözlərinə görə, ölkədə nüvə energetikasının inkişafı üçün böyük imkanlar var.
Anar Əliyev