Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT-ə üzv ölkələrin liderləri Qazaxıstanda toplaşacaq

ŞƏT-ə üzv ölkələrin liderləri Qazaxıstanda toplaşacaq


Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri Qazaxıstanda toplanacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, məqsəd təşkilatın sammitində iştirak etməkdir.

Məlumata görə, iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Sammitə Qazaxıstan sədrlik edəcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən yaradılmış beynəlxalq təşkilatdır.

Anar Əliyev
Xəbəri paylaş