Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mətbuatın inkişafı dövlətin ən mühüm vəzifələrindən biridir

Mətbuatın inkişafı dövlətin ən mühüm vəzifələrindən biridir


"Ölkəmizin kütləvi informasiya vasitələri ictimai şüurun dirçəldilməsi və milli bütövlüyün möhkəmləndirilməsində xüsusi rol oynayır. Mətbuatın inkişafı, o cümlədən jurnalistlərin hüquq və qanuni mənafelərinin müdafiəsi dövlətin ən mühüm vəzifələrindən biridir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev səsləndirib. O bildirib ki, jurnalistikanın ibrətamiz tarixi var:

"Biz mümkün qədər zəngin şəcərəni, təhsil ənənəsini qoruyub saxlamalıyıq”.

Prezident qeyd etdi ki, informasiya sənayesinin bugünkü nümayəndələri də bu ardıcıllığı davam etdirir, zərlərinə düşən məsul missiyanı şərəflə yerinə yetirirlər:

"Siz hər zaman xalqa real və aktual xəbərlər çatdırır, peşəkarlığın ən gözəl nümunəsini göstərirsiniz. Ümidvaram ki, bundan sonra da milli məsələlərin gündəmə gətiriləcək, milli dəyərlərin təbliğində fəal iştirak edəcəksiniz".

Anar Əliyev
Xəbəri paylaş