Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya XİN: "Taliban Əfqanıstanda real gücdür"

Rusiya XİN: "Taliban Əfqanıstanda real gücdür"


"Dünya Əfqanıstanda əsl güc Taliban olduğunu anlamağa başlayıb. Bu gün Taliban hərəkatı Əfqanıstanda real gücdür".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.

BMT-nin baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Əfqanıstan üzrə xüsusi nümayəndələrin Dohada keçiriləcək növbəti görüşündən gözləntilər barədə danışan Kabulov deyib ki, bu görüş beynəlxalq ictimaiyyətlə Əfqanıstan hakimiyyəti arasında sıx və konstruktiv əməkdaşlığın bərpasına töhfə verə bilər:

Diplomat həmçinin bildirib ki, Dohadakı görüş çərçivəsində o, Taliban nümayəndə heyəti ilə danışacaq:

"Əlbəttə ki, biz kənarda və istənilən digər əlverişli formatlarda əlaqə saxlayacağıq".

Anar Əliyev
Xəbəri paylaş