"Ukrayna ordusunun təchizatının pozulması müşahidə edilir və cəbhə xəttindəki döyüşçülərin həm sursat, həm də maddi-texniki təchizatında böyük gecikmə var".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu hərbi ekspert Andrey Maroçko deyib.
O qeyd edib ki, yaralı ukraynalı əsgərlərin döyüş meydanından təxliyəsi üçün vaxt da artıb.
"Rusiya Silahlı Qüvvələrinin Oskol çayı üzərindən düşmən keçidlərinin sistemli şəkildə məhv edilməsindən sonra Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kupyansk yaxınlığındakı hərbi sursatla təchizatı və yaralıların təxliyyəsi ilə bağlı problemlər yaranıb",-deyə ekspert bildirib.
Anar Əliyev