2023-cü il, oktyabrın 7-dən İsrailin Qəzzaya hücumları başladığı gündən indiyə qədər 8572 tələbə həyatını itirib. Həmçinin, 494 tələbə yaralanıb, 349 tələbə isə nəzarətə götürülüb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstinin Milli Təhsil Nazirliyi məlumat yayıb. Bu müddət ərzində işğal altındakı İordan çayının qərb sahilində isə 100 fələstinli şagirdin öldürüldüyü açıqlanıb. Bundan başqa qeyd edilən müddətdə 14 min 89 şagirdin yaralandığı bildirilib.
Məlumatda bildirilib ki, İsrail hücumları nəticəsində təhsil işçiləri də hədəfə alınıb. Belə ki, ötən müddət ərzində 497 müəllim və idarəçi həlak olub, 3402 müəllim və idarəçi isə yaralanıb.
Qəzza zolağında 353 dövlət məktəbi, universitet və universitet binası və Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) aid 65 məktəb bombalanıb, onlardan 93-ü tamamilə dağıdılıb, 139-u isə məhv edilib.
Fuad Hüseynzadə