Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1 milyon 373 min nəfər qan verib

1 milyon 373 min nəfər qan verib



Cari ilin 6 ayında Türkiyədə 1 milyon 373 min nəfər tərəfindən qan verilib.

Newscenter.az xəbər verir ki, bu barədə Türk Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, əhali ilə müqayisədə ən çox qan verən vilayətlər Isparta, Qaziantep və Ərzincan olub.

Qeyd edək ki, 18 Regional Qan Mərkəzi, 69 Qan Donorluğu Mərkəzi və ölkə daxilində 300-dən çox səyyar və stasionar qrupla qanvermə fəaliyyətləri həyata keçirən Türk Qızıl Aypara Cəmiyyəti davamlı olaraq donorlardan qan toplayır.

Qeyd edık ki, ümumilikdə 1,2 milyon insandan toplanan qan donorlarının 28 faizi ilk dəfə qan verən könüllülərin payına düşüb.

Anar Əliyev
Xəbəri paylaş