İran Qəzzada hərbi əməliyyatların dayandırılması tələbi ilə İsrailə çağırış edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələri zirvə görüşündə çıxışı zamanı deyib.
“Biz bütün ölkələrin, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının iştirakçılarına deyirik ki, sionist rejimin hərbi cinayətlərinin dərhal dayandırılmasına və bütün Qəzzə zolağına dərhal, kifayət qədər və maneəsiz humanitar yardım göndərilməsinə yönəlmiş təsirli tədbirlər görülməlidir",-deyə Məhəmməd Möhbər bildirib.
Qeyd edək ki, İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər sammit zamanı öldürülən ölkə prezidenti İbrahim Rəisinin fotosunu yanına qoyub.
Mehman Mehdiyev