Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbail rayonunda daha 2 küçənin təmiri yekunlaşıb

Səbail rayonunda daha 2 küçənin təmiri yekunlaşıb


Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri yekunlaşıb.

Newscenter.az AAYDA-a istinadən bildirir ki, təmir çərçivəsində hər iki küçədə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Bu işlərə paralel olaraq küçələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunub.

Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Nərgiz Əzizova
Xəbəri paylaş