"Şanxay Əməkdaşlıq Təşkilatı nüfuzlu təşkilata çevrilir".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
Tokayevin sözlərinə görə, son 23 ildə təşkilat davamlı inkişaf və ümumi tərəqqiyə töhfə verən beynəlxalq münasibətlər sistemində mühüm mexanizmə çevrilib:
"Biz siyasət, təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində səmərəli fəaliyyətlə bütün Avrasiya qitəsinin inkişaf istiqamətlərini müəyyənləşdiririk. Şanxay ruhunun və Şanxay prinsiplərinin birgə möhkəmlənməsi nəticəsində ŞƏT ən böyük təşkilatlardan birinə çevrilib. Buna görə də dünyada ona maraq artacaq”.
Anar Əliyev