Qazaxıstanda seysmologiyanın inkişafına dair 2024-2028-ci illər üçün kompleks plan təsdiq edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə qərarı baş nazir Oljas Bektenov imzalayıb.
Sənəd ölkənin seysmoloji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Onların arasında monitorinqin əhəmiyyətli dərəcədə gücləndirilməsi, bina və tikililərin seysmik davamlılığının təmin edilməsi, yeni rəqəmsal texnologiyaların tətbiqi, kadr hazırlığının səviyyəsinin yüksəldilməsi və s. var
Bundan əlavə, 285 seysmik stansiyanın quraşdırılması, o cümlədən 70 mövcud stansiyanın təmiri və avadanlıqla təchiz edilməsi nəzərdə tutulur. Bu, Almatı vilayətində və ölkənin digər zəlzələyə meyilli rayonlarında seysmik riskin keyfiyyətcə proqnozlaşdırılmasına imkan verir.
Mehman Mehdiyev