Çin Qazaxıstandan 20 min ton donuz əti idxal edəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.
Məlumata görə, Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Çin Ət Assosiasiyasının nümayəndələri Şimali Qazaxıstan vilayətindəki “EMC Agro” sənaye kompleksində olublar.
Qonaqlara kəsimdən tutmuş çəkiyə və daxili bazara qablaşdırmaya kimi bütün emal dövrü göstərilib. Bütün proses avtomatlaşdırılıb və beynəlxalq sanitar-epidemioloji tələblərə cavab verir.
Keyfiyyətə nəzarət Alman analizatorları ilə təchiz olunmuş laboratoriya tərəfindən 24/7 təmin edilir. Hazır məhsul xüsusi dondurucuda saxlanılır.
Müəssisənin işi ilə tanışlıqdan sonra tərəflər əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Çin Ət Assosiasiyası ildə 20.000 ton donuz əti idxal etməkdə maraqlı olduğunu bildirib.
Mehman Mehdiyev