Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Efiopiyada 4,5 milyon insan evindən didərgin düşüb

Efiopiyada 4,5 milyon insan evindən didərgin düşüb


Efiopiyada 4,5 milyon insanın iyun ayından indiyə qədər ölkə daxilində miqrasiya etmək məcburiyyətində qalıb.

Newscenter.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.

Açıqlamada, miqrasiyadan ən çox təsirlənən yerlərin Somali və Tiqray bölgələri olduğu bildirilib.

Təhlükəsizlik şərtlərinin uyğun olduğu hallarda geri dönüşlərin dəstəklənməsi lazım olduğu və bu prosesdə qalıcı həll yollarına ehtiyac olduğu vurğulanıb.

Qeyd edək ki, Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında qiyam qaldıran Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayıb. Razılaşmadan sonra regional administrasiya TPLF-ə keçdi və təşkilat tərksilah edildi. Digər tərəfdən, ölkənin müxtəlif bölgələrində etnik münaqişələr davam edir.

Anar Əliyev
Xəbəri paylaş