Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sunak yenidən Britaniya parlamentinə seçilib

Sunak yenidən Britaniya parlamentinə seçilib


Böyük Britaniyanın baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak Şimali Yorkşirdəki Riçmond seçki dairəsindən ölkə parlamentinin İcmalar Palatasına yenidən seçilə bilib. Newscenter.az TASS-a istinadən bildirir ki. bunu orada yekunlaşdırılan səsvermənin nəticələri sübut edir.

Bundan əvvəl The Guardian qəzeti Sunak-a yaxın mənbələrə istinadən yazıb ki, o, tarixdə parlamentə seçilə bilməyən ilk hökumət başçısı olmaqdan qorxur.

Dairələrin demək olar ki, yarısında qaliblər elan olunmaqla səslərin hesablanması davam edir. Səsvermələrin yekunlaşmasından dərhal sonra açıqlanan exit-poll nəticələrinə əsasən, Leyboristlər Partiyası 650 yerlik İcmalar Palatasına 410 deputat gətirərək, böyük qələbə qazanacaq. 2010-cu ildən ölkəni idarə edən Mühafizəkarlar Partiyasının cəmi 131 mandat qazanaraq ciddi məğlubiyyət alacağı gözlənilir.

Anar Əliyev
Xəbəri paylaş