Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrasiya İttifaqı yeni mexanizm işə salır

Avrasiya İttifaqı yeni mexanizm işə salır


Avrasiya İqtisadi İttifaqında sənaye əməkdaşlığına maliyyə dəstəyi mexanizmi işə salınır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Beynəlxalq Çoxtərəfli Əməkdaşlıq və İnteqrasiya Departamentinin icraçı direktoru, Avrasiya İqtisadi İttifaqının İşgüzar Şurasının üzvü Sergey Mixneviç deyib.

O bildirib ki, Avrasiya sənaye kooperasiyasının birbaşa maliyyə dəstəyi mexanizminin işə salınması üçün bütün zəruri qanunvericilik prosedurları başa çatıb:

"Bu mexanizm borc alan şirkətlərin banklardan ala biləcəyi kredit faizlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Ötən ilin sonunda ölkələrin təklifləri əsasında təsdiq edilmiş maliyyə təşkilatlarının siyahısı var. Buraya 60-dan çox kommersiya bankı və bir beynəlxalq bank daxildir".

Natiq Orucov
Xəbəri paylaş