Hindistan ən çox əhalisi olan ölkələr sırasında ilk yerdə qərarlaşıb.
Newscenter.az Dünya Əhali Günü bülleteninə istinadən bildirir ki, keçən ilin statistik hesablamalarına əsasən Hindistanda əhali sayı 1 milyard 428 milyon 627 min 663 nəfər təşkil edir.
Hindistandan sonrakı yerdə isə 1 milyard 425 milyon 671 min 352 nəfərlə Çin tutub. Sıralamada üçüncü yeri 339 milyon 996 min 563 nəfərlə Amerika Birləşmiş Ştatları tutub.
Məlumatda qeyd edilir ki, adıçəkilən 3 ölkə dünya əhalisinin 39,7 faizini təşkil edir.
Fuad Hüseynzadə