Qazaxıstanda orta məktəbi bitirən məzunlar üçün sosial yardım paketi hazırlanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, məktəbi bitirən məzunlara ali təhsil almaq üçün sosial yardım veriləcək. Proses ilkin olaraq paytaxt Astana şəhərində tətbiq ediləcək.
İyulun 1-dən avqustun 23-dək Astana şəhərinin Məşğulluq və Əhalinin Sosial Müdafiəsi Departamenti məzunların şəhərin ali təhsil müəssisələrində əyani təhsil haqqının ödənilməsi üçün sosial yardımın göstərilməsi üçün sənədləri qəbul edəcək.
Sosial yardım əsasən, uşaq evinin məzunları, uşaqlıqdan əlillər, valideyn himayəsindən məhrum olan uşaqlar, çoxuşaqlı ailələrdən olan uşaqlar, ailə başçısını itirdikdə dövlət müavinəti alan vətəndaşlara verilir.
Mehman Mehdiyev