Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Avropa İttifaqına üzvlük prosesi müzakirə olunub

Türkiyənin Avropa İttifaqına üzvlük prosesi müzakirə olunub


NATO-nun 75-ci ildönümü ilə bağlı keçirilən tədbirdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra görüşlər keçirib.

Newscenter.az trrhaber-ə istinadən bildirir ki, Türkiyə lideri qaldığı oteldə Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.

Görüşdə Türkiyə ilə Macarıstan arasında ikitərəfli əlaqələr, Türkiyənin Aİ-yə üzvlük prosesi, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyənin Ukrayna-Rusiya müharibəsi və İsrailin Qəzzaya hücumlarına son qoymaq üçün sülhsevər səylərini davam etdirdiyini və beynəlxalq ictimaiyyətin bu bölgələrdə sülhün bərqərar olması üçün səylərini artırması lazım olduğunu bildirib.

Ərdoğan Macarıstanın prezidentliyi dövründə Aİ-yə üzvlük prosesini canlandırmaq və münasibətləri inkişaf etdirmək üçün Macarıstan dəstək gözlədiyini də bildirib.

Anar Əliyev
Xəbəri paylaş