13 yaşlı Kamillanın sizin dəstəyinizə ehtiyacı var.
Newscenter.az xəbər verir ki, bu barədə onun anası Elmira İsmayılova məlumat verib.
O bildirib ki, onun övladı bir çox xəstəlikdən əziyyət çəkir.
"Kamillanın 13 yaşı var. Demək olar ki, doğulan gündən müalicələr etdiririk. Hər dəfə həkimə gedəndə onun yeni bir xəstəliyini öyrənirik. Bir neçə il əvvəl o, gözündən ağır əməliyyat keçirib. Hazırda isə böyrəklərində və yumurtalıqlarında problemlər var. Həkimlər müalicə olarsa, onun yumurtalıqlarını xilas edə biləcəklərini, əks halda onu götürməli olduqlarını deyiblər".
Elmira İsmayılova övladına təkbaşına baxdığını deyib.
"Biz yoldaşımla illərdir ayrılmışıq, nə aliment verir, nə maddi hər hansısa dəstək olur bizə. Özüm güc-bəla ilə Kamillanı bu günə kimi gətirib çıxarmışam. Hazırda onun müalicəsi üçün bizim dəstəyə ehtiyacımız var. Bunun üçün isə bizə 2 000 manat lazımdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 706-05-21.
Leo Bank 5411249803197784