Birləşmiş Ştatlarda hökm sürən isti hava şəraiti onlarla insanın ölümünə səbəb olub.
Newscenter.az “Washington Post” qəzetinə istinadən bildirir ki, həddindən artıq istilər nəticəsində 27 nəfər dünyasını dəyişib.
Məlumata görə, ABŞ-da Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarında təqribən 146 milyon insan həddindən artıq isti dalğasından əziyyət çəkir.
Termometrlər Nevada ştatının Las-Veqas şəhərində 48,8 dərəcə, Kaliforniya ştatının Barstou şəhərində isə 47,7 dərəcə göstərdiyi halda, bir çox bölgədə, xüsusən də ABŞ-ın qərbində rekord temperatur müşahidə olunur.
İsti hava şəraitinin həftə sonuna qədər davam edəcəyinə işarə edən meteoroloqlar əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Fuad Hüseynzadə