"Şanlı Qələbəmizə Gedən Yol" layihəsinin qeydiyyatı başladı.
Newscenter.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin, Əbədi Birlik Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Qəbələ və İsmayıllı rayonlarında həyata keçiriləcək
Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliği, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması hərbi-vətənpərvərlik istiqamətində, gənclərin hərbi savadlılığının artırılması məqsədilə təlim- tədbirlərin keçirilməsindən ibarətdir.
Layihədə 15-29 yaş aralığında qeydiyyatdan keçmiş, müsahibə əsasında uğurlu hesab edilən gənclər iştirak haqqı qazanacaqdır.
Anar