Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Portuqaliya Ukraynaya 100 milyon avro ayıracaq

Portuqaliya Ukraynaya 100 milyon avro ayıracaq


Portuqaliya Ukraynaya 95 milyon avro məbləğində əlavə yardım göndərmək niyyətindədir,

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Portuqaliyanın baş naziri Luis Monteneqro NATO sammiti zamanı Vaşinqtonda jurnalistlər verdiyi müsahibəsində bildirib.

“Portuqaliya Ukraynanı qeyd-şərtsiz dəstəkləyir. Mən də bildirmək istəyirəm ki, bu il bir qədər sonra biz verilən 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik”,-deyə o söyləyib.

Qeyd edək ki, cari il mayın 28-də Ukrayna və Portuqaliya Lissabonun 2024-cü ildə Kiyevə ilkin olaraq 126 milyon avro hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Lissabon həmçinin F-16 qırıcılarının göndərilməsi üzrə beynəlxalq koalisiyada, dəniz koalisiyasında, həmçinin Kiyev üçün iriçaplı sursatların alınması proqramlarında və Ukrayna ərazisindən minaların təmizlənməsi səylərində iştirakını təsdiqləyib.

Fuad Hüseynzadə
Xəbəri paylaş