Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radikal dini qruplara qarşı əməliyyat keçirilib

Radikal dini qruplara qarşı əməliyyat keçirilib


Astana, Çimkent, Atırau, Jambil vilayətləri və şəhərlərində MTN prokurorluğun koordinasiyası və polisin köməyi ilə dini radikalların fəaliyyətinin qarşısını alıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, əməliyyatçılar 4 Qazaxıstan vətəndaşını və 1 əcnəbini terrorçuluq fəaliyyətində iştirakda, terrorizmin təbliğində, ekstremist fəaliyyətin təşkilində və bu məqsədlə insanları cəlb etməkdə şübhəli bilinərək saxlayıblar.

Onların yaşayış yerlərindən xeyli sayda dini-ekstremist ədəbiyyat və digər maddi sübutlar götürülüb.

Qeyd edək ki, şübhəlilərdən biri əvvəllər də xarici ölkə ərazisində hərbi əməliyyatlarda iştirak edib və buna görə Qazaxıstanda cəza çəkib.

Daha iki nəfərin mütəmadi olaraq “ağır” narkotiklərdən istifadə etməsi ilə bağlı məlumatlar araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 256, 257, 259 və 405-ci maddələri ilə ibtidai istintaq aparılır.

Anar Əliyev
Xəbəri paylaş