ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə nail ola bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. O bildirib ki, Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə və Ağ Evə qayıdarsa, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq niyyətindədir.
Qeyd edək ki, Viktor Orban Donald Trampla görüşüb və bu görüşü “sülhməramlı missiya 5.0” adlandırıb.
Macarıstanın baş naziri qeyd edib ki, eks-prezident onu Floridadakı Mar-a-Laqo malikanəsində qəbul edib. Orban əvvəllər Trampın qonağı kimi orada olub.
Anar Əliyev