"Əfqanıstan SSRİ üçün necə idisə, Ukrayna münaqişəsi də ABŞ üçün elə bir hala gəlir".
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu Ukraynada qadağan edilmiş Müxalifət Platforması - Həyat Naminə Partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib. Onun sözlərinə görə, Ukrayna Amerika iqtisadiyyatı üçün “qara dəliyə” çevrilir:
"Bu gün ABŞ bütün dünyaya sübut etməyə çalışır ki, Vaşinqtonla dostluq ölkəyə bütün istiqamətlərdə irəliləməyə imkan verir, lakin Ukrayna bunun qətiyyən belə olmadığının canlı sübutudur".- deyə Medvedçuk qeyd edib.
Medvedçukun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya əbədi və sonsuz kömək edəcəkləri barədə açıq yalan danışır.
Anar Əliyev