Microsoft yenidən xaricdə yaşayan fələstinlilərin hesablarını bloklayır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, xaricdə yaşayan fələstinlilər Microsoft-un e-poçt və Skype hesablarını xəbərdarlıq etmədən bağladığını bildiriblər.
Belə ki, Səudiyyə Ərəbistanında yaşayan Eiad Hametto Böyük Britaniyanın ictimai yayımçısı BBC-yə belə deyib:
"Onlayn həyatımı öldürdülər. Təxminən 20 ilə yaxındır istifadə etdiyim e-poçt hesabımı dayandırdılar. Bütün biznesim bu hesaba bağlı idi".
Hametto Skype əlaqəsi qura bilmədiyi üçün Qəzzadakı ailəsi ilə əlaqə saxlaya bilmədiyini də deyib.
Mehman Mehdiyev