Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizm spektri pozuntusu olan və digər davranış problemli olan uşaqlara, onların ailələrinə dəstək” adlı layihənin icrasını davam etdirir.
Layihə rəhbəri Nuranə Abdullayevanın Newscenter.az-a verdiyi məlumata görə layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunacaq.
Azərbaycanda inkişaf problemi olan uşaqların reabilitasiyasının böyük bir hissəsi qısa müddətli terapiya kurslarına yönəlmiş post-sovet metodikasından – dərman, masaj, idman, apparat fizioterapiyası və s. – dən istifadə edərək tibbi yolla aparılır. İnkişaf problemi olan uşaqların reabilitasiyası beynəlxalq səviyyədə sosial-tibbi model üzrə həyata keçirilir. Bu model inkişaf pozuntuları olan uşaqların reabilitasiyasını erkən dövrdən başlayıb bütün ömrü boyu aparmağa yönəlib. Bu – aktiv fizioterapiya, erqoterapiya, oyun terapiyası kimi müasir oyuna əsaslanan metodikaları ilə gündəlik işləri nəzərdə tutur. Mütəxəssis, valideyn, uşaq komandasında müasir oyun metodikaları ilə, xüsusilə inkişafının aktiv dövründə -həyatının ilk 3 ilində aparılan gündəlik çalışmalar, uşağın potensialının maksimal realizasiyasına gətirib çıxarır.
Layihə çərçivəsində muasir inkişafetdirici mühütdə mütəxəssislər, valideynlər və uşaqlar üçün müasir reabilitasiya sahəsində fərdi konsultasiyalar, mühazirə, öyrədici dərslər təşkil olunur. Praktiki məşğələlər uçün inkişafetdirici və reabilitasiya materiallarının olması, təcrübənin daha da məqsədyönlü olmasına şərait yaradır. Mərkəzdə valideynlər və uşaqlar ücün müxtəlif qrup terapiya üzrə məşğələlər təşkil edilir. Və nəticə olaraq qısa vaxt ərzində, uşağın inkişafı üçün dəyərli vaxtı itirmədən, lazımlı vərdişlərin inkişafına nail ola bilirik. Layihənın tərəfdaşı “Tandem” Ailəyə Dəstək Mərkəzidir.
Nərgiz Əzizova