Avrasiya İqtisadi İttifaqında sənaye əməkdaşlığının dəstəklənməsi üçün yeni mexanizmdən istifadə oluna bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu qurumun İqtisadi Komissiyanın sənaye siyasəti departamentinin direktoru Nikolay Kuşnarev deyib.
Onun sözlərinə görə, yeni mexanizm Avrasiya iqtisadi əməkdaşlığının inkişafında mühüm mərhələ hesab olunur:
"Əslində bu, biznesin dolayı dəstək tədbirlərindən maliyyə yardımının göstərilməsinə keçdiyimizi göstərən böyük dəyişiklikdir. Bu mexanimzdə, milli və regional dəstək tədbirlərindən imtina etmədən sənaye kooperasiyası layihələrinin həyata keçirilməsi üçün istifadə oluna bilər. Müxtəlif əməkdaşlığın təşkili formatları da nəzərdə tutulub”.
O qeyd edib ki, bu gün Avrasiya Komissiyası bu mexanizm çərçivəsində pilot layihələrin həyata keçirilməsi üçün sahibkarlar və banklarla sıx əməkdaşlıq etməyə hazırdır.
Natiq Orucov