Qazaxıstanda dörd qaz emalı zavodu işə salınacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu ölkənin Energetika Nazirliyi açıqlayıb.
Bildirilib ki, yeni qaz yataqlarının kəşfiyyatı və işlənməsinə investisiya qoyuluşu çərçivəsində QazaqGaz və Chevron arasında Aktobe vilayətinin Jalibek hissəsində geoloji kəşfiyyat işlərinin birgə həyata keçirilməsinə dair saziş imzalanıb.
Əmtəə qazının ehtiyat bazasının artırılması Yol Xəritəsinə uyğun olaraq həyata keçirilir.
Yol xəritəsinin icrası çərçivəsində 2023-cü ildə Rojkovskoe, Şərqi Oriktau, Anabay yataqları sənaye istifadəsinə verilib.
2026-2030-cu illər ərzində dörd qaz emalı zavodu mərhələli şəkildə istifadəyə veriləcək:
Natiq Orucov