Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya qazının Özbəkistana nəqlinin həcmi artacaq

Rusiya qazının Özbəkistana nəqlinin həcmi artacaq


Bu il Türkmənistan və Özbəkistan qazının Qazaxıstan ərazisindən nəqlinin həcmi artacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu energetika naziri Almasadam Satkəliyev deyib.

O bildirib ki. ölkənin qaz tranzit potensialından tam istifadə olunması istiqamətində işlər davam etdirilir:

"2023-cü ilin oktyabrında Rusiya qazının ölkəmiz vasitəsilə Özbəkistana tranzitinə başlanılıb. Keçən il 1,28 milyard m³ qaz ötürülüb. Bu il isə bu rəqəmin 3,8 milyard m³-ə çatdırılması planlaşdırılır. Daha sonra ildə 11 milyard m³-ə qədər artırılması nəzərdə tutulur".


Nazir deyib ki, Türkmənistan və Özbəkistandan Çinə qazın ölkəmiz vasitəsilə tranziti durmadan artır. Bu il tranzitin 37,1 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Bundan başqa, Rusiya qazının Qırğızıstana tranzitinin artırılması məsələsi də müzakirə olunur.

Mehman Mehdiyev
Xəbəri paylaş