Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Avropa Birliyinin üzvü ola bilməyəcək

Türkiyə Avropa Birliyinin üzvü ola bilməyəcək


"Türkiyə heç zaman Avropa Birliyinin üzvü ola bilməyəcək və bunu artıq tam əminliklə anlamışlar".

Newscenter.az xəbər verir ki, bunu tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, bu səbəbdən Türkiyə yeni bir İttifaq yaradaraq, orada liderlik edərək vəziyyəti idarə etməyə məcburdur:

"Bu İttifaq Turan da ola bilər. Şərq, İslam ölkələri xüsusilə İran və türk dövlətləri belə bir oxşar təsisatları təcili öz aralarında yaradıb İttifaq şəklində birləşə biıməsələr talelərinə məhrumiyyətlər düşəcək. Həmin ölkəkərin hamısında bütün siyasətçilər və ölkə liderləri bunu tamamilə başa düşmüş lazımı addımları atmağa başlamışlar. Nə vaxtsa bu siyasət bəhrəsini verəcək. İslam Şərqində və onun içində türk dünyasında baş verənlər, hətta İrandakı proseslər də bununla bağlıdır".

Anar Əliyev
Xəbəri paylaş