Qazaxıstanın paytaxtı Astana şəhərinin təbii qazla təmin olunması proqramı çərçivəsində Astanada 1,4 milyon əhalinin 300 mini qazla təmin ediləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu energetika naziri Almasadam Satkaliyev deyib.
Nazirin sözlərinə görə, Astananın qazlaşdırılması plana uyğun olaraq həyata keçirilir. Tikintinin birinci mərhələsi 2021-ci ildə, qazlaşdırmanın ikinci mərhələsi isə 2023-cü ildə başa çatdırılıb.
Bu gün təbii qazdan təxminən 12 200 abonent, yəni 200 000-dən çox əhali istifadə edir.
Bunun üçün Cənub-Şərqi, Turan, Telman, Karaotkel (İlyinka), Priqorodnı, Produksi və Karaotkel qazanxanalarına qaz xətləri çəkilib.
Mehman Mehdiyev