Qazaxıstanda su kəmərlərinin çəkilməsi üzrə 28 layihə həyata keçirilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumatı Qazaxıstanın Su Təsərrüfatı Nazirliyi verib.
Bildirilib ki, ümumi uzunluğu 2 min kilometrdən çox olan su kəmərlərinin tikintisi və yenidən qurulması nəzərdə tutulur.
Nəticədə 1 milyon 100 min nəfər əhalinin yaşadığı 426 yaşayış məntəqəsinin içməli su təchizatının keyfiyyəti yaxşılaşacaq.
2024-cü ildə hökumət tərəfindən təsdiq edilmiş su ehtiyatlarının idarə olunması sisteminin inkişaf konsepsiyası 20 yeni su anbarının tikintisi, 15 su anbarının və 14 min kilometrdən çox suvarma kanalının yenidən qurulması, habelə su təsərrüfatının hidrotexniki qurğularının müasirləşdirilməsi ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur.
Mehman Mehdiyev