Birləşmiş Ştatlarda prezidentliyə namizəd Donald Tramp Çini məyus edəcək açıqlama ilə çıxış edib.
Newscenter.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Tramp bildirib ki, Çin avtomobillərinə 100-200% rüsum tətbiq edə bilər.
Prezidentliyə namizəd həmçinin avtomobil istehsalını ABŞ-a qaytarmaq niyyətində olduğunu bildirib:
"Hazırda Meksikada böyük fabriklər tikilir. Çin onları maşın istehsal etmək və ABŞ-a satmaq üçün tikir. Bu fabriklər ABŞ-da tikiləcək və bizimkilər orada işləyəcəklər, əgər onlar razı olmasalar, biz hər bir avtomobilə təxminən 100-200% tarif tətbiq edəcəyik və onların bazarda satışı qeyri-mümkün olacaq".
Anar Əliyev