2023-cü ildə Türkiyənin 58 vilayətində işsizlik səviyyəsi 2022-ci ilə nisbətən azalıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu dövrdə işsizlik nisbətinin ən çox azaldığı il Siirt, ən çox artımın olduğu il isə Gümüşhane olub.
Keçən il Türkiyədə işsizlik nisbəti əvvəlki illə müqayisədə 1 bal azalaraq 9,4 faiz olub.
İşsizliyin ən çox Şərqi Anadolu və Cənub-Şərqi Anadolu bölgələrindəki vilayətlərdə azaldığı müşahidə edilib. 2023-cü ildə işsizlik nisbəti 18,4 faizdən 8 faizə enən Siirt, bir əvvəlki ilə görə 10,4 bal azalaraq, işsizlik nisbətinin ən çox azaldığı vilayət olub.
Anar Əliyev