Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik enerjisi istehsalında günəş enerjisinin payı 60 faiz artıb

Elektrik enerjisi istehsalında günəş enerjisinin payı 60 faiz artıb


İyun ayında Türkiyədə günəş elektrik stansiyalarının elektrik istehsalı əvvəlki ilin eyni ayına görə təxminən 60 faiz artaraq 3 milyard 214 milyon 450 min kilovat-saata çatıb.

Newscenter.az Türkiyə Elektrik Ötürmə A.Ş. (TEİAŞ) qurumuna istinadən bildirir ki, iyun ayında isti hava və kondisioner istifadəsi elektrik istehlakında artıma səbəb olub.

Sözügedən dövrdə günəş elektrik stansiyalarından elektrik enerjisi istehsalında artım müşahidə olunub. İyun ayında elektrik enerjisi istehsalında günəş enerjisinin payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,3 faiz, küləyin payı isə 32,6 faiz artıb. Belə ki, günəşdən 3 milyard 214 milyon 450 min kilovat-saat, küləkdən isə 3 milyard 8 milyon 652 min kilovat-saat elektrik enerjisi istehsal edilib.

İyun ayında günəşdən istehsal edilən elektrik Diyarbakırın illik istehlakını ötüb.

Natiq Orucov
Xəbəri paylaş