Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana zəng edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, telefon danışığı zamanı hər iki dövlət başçısı Qazaxıstan-İran münasibətlərini daha da möhkəmləndirmək üçün qarşılıqlı niyyətlərini ifadə ediblər.
Tərəflər ticarət-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Anar Tağıyev