Qazaxıstan və Özbəkistanın hava məkanından yeni T916 marşrutu açılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat verib. Bildirilib ki, bu, Avropa və Cənub-Şərqi Asiyanı birləşdirən əlavə marşrutlardan biridir.
Marşrutun açılışından indiyədək Avropadan Cənub-Şərqi Asiyaya 19 reys həyata keçirilib. Yeni marşrut üzrə uçuşlar Lufthansa Cargo (Almaniya), Cargolux (Lüksemburq), Cargolux Italy (İtaliya), Nomad aviation (İsveçrə), Western Global Airlines (ABŞ), Aerologic Cargo Airlines (Almaniya) kimi aviaşirkətlər həyata keçirir.
T916 hava məkanı marşrutunun ümumi uzunluğu 2187 kilometrdir ki, bunun da təyyarələr Özbəkistan Respublikasının hava məkanının 437 kilometrindən istifadə edir, qalan 1750 kilometri isə Qazaxıstan Respublikasının ərazisi üzərindən keçir.
Qeyd edək ki, T916 hava hərəkəti xidmətinin yeni istiqaməti Özbəkistan Respublikasının aviaşirkətləri və aeronaviqasiya provayderi olan “Uzaeronaviqasiya MUK” şirkətinin təklifi ilə açılıb. Bu marşrut ICAO-nun üstünlük verilən marşrutlar kataloquna daxil edilib.
Anar Tağıyev