ABŞ-da prezidentliyə namizəd Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dostluğundan danışıb.
Newscenter.az xəbər verir ki, Tramp Şimali Koreya liderini beysbol oyununa aparmaq istədiyini bildirib.
"Onu çox gərgin matça aparacağam",-deyə Tramp bildirib.
Qeyd edək ki, Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla Şimali Koreya arasında münasibətlərdə istiləşmə müşahidə edilib və uzun illərdən sonra iki ölkə liderinin görüşü baş tutub.
Mehman Mehdiyev