Azərbaycan və Qazaxıstanın turizm bələdçiləri assosiasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Newscenter.az xəbər verir ki, mərasim Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilən Qazaxıstan-Azərbaycan turizm forumu çərçivəsində baş tutub.
Bundan başqa, forum çərçivəsində hər iki ölkənin turizm agentlikləri rəhbərlərinin B2B formatında görüşləri də keçirilib.
Forumda Qazaxıstanın turizm sənayesinin nümayəndələri populyar marşrutlar haqqında danışıb, bu il sentyabrın 8-dən 14-dək Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarına hazırlıq prosesi barədə məlumat veriblər.