Özbəkistan aprelin 1-dən bu günə qədər Sırdərya çayı vasitəsilə Qazaxıstana 3,9 milyard kubmetr su göndərib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, suvarma müddəti başa çatana qədər Özbəkistan Qazaxıstana daha bir milyard kubmetr su göndərəcək.
Su anbarlarına vurulan su cənub bölgələrində fermerlərin tələbatının ödənilməsi üçün istifadə edilir.
Məlumata görə, Özbəkistandan gələn su əsasən Şərdərə su anbarına yığılır. Burada 2,6 milyard kubmetrə yaxın su var ki, bu da bir il əvvəlki göstəricidən 689 milyon kubmetr çoxdur.
Mehman Mehdiyev