Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

​Regionlarda qadınlar üçün növbəti məşğulluq və karyera təlimi İmişlidə keçirildi

​Regionlarda qadınlar üçün növbəti məşğulluq və karyera təlimi İmişlidə keçirildi


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan "Region qadınlarının məşğulluq imkanlarının yüksəldilməsi" layihəsi çərçivəsində növbəti maarifləndirici təlim İmişli rayonunda keçirildi.

30 nəfər fəal qadının iştirakı ilə keçirilən tədbirdə SQPR İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, layihənin eksperti Asif Əsgərli, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, rayon icra hakimiyyətinin baş məsləhətçisi Sabit Yaqubov və digər aidiyyətli rəsmi şəxslər iştirak edərək, bu uğurlu layihənin əhəmiyyəti, o cümlədən, bölgə qadınlarının iş, məşğulluq və karyera quruculuğu sahəsində maariflənməsinə müsbət təsir edəcəyini qeyd etdilər.

Sonra ekspert A. Əsgərli təlim iştirakçıları ilə interaktiv təqdimat və müzakirələr aparmaqla müxtəlif mövzularda region qadınlarının bilik və bacarıqlarının artırılması üçün maarifləndirici informasiya və bilgilər çatdırdı. Sonra təlim iştirakçıları üçün qarşılıqlı müzakirə və konsaltinq aparıldı. Yekunda iştirakçıların qiymətləndirilməsi aparıldı və bölgə qadınları sertifikatlarla təltif olundular.

3 ay ərzində respublikaının Salyan, Neftçala, Biləsuvar, İmişli və Saatlı rayonlarında hər birində 30 nəfər olmaqla geniş maariflənməni nəzərdə tutan layihənin əsas məqsədi regionlarda qadınlara məşğulluq, karyera, iş axtarışı və peşə bacarıqlarının yüksəldilməsi və effektiv karyera qurmaları üçün bilik, bacarıq və informasiyaların aşılanması və geniş PR və sosial media fəaliyyətləri ilə bölgə qadınlarının məşğulluq problemlərinin həllinə dəstək verməkdir.
Xəbəri paylaş