Türkiyə vətəndaşlığı almaq çətinləşir.
Newscenter.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Əhali və Vətəndaşlıq İşləri üzrə məsul şəxs İbrahim Taşyapan məlumat verib.
Bildirilib ki, bunun üçün mənzil almaq və ailə həyatı qurmaq kifayət deyil.
Bundan sonra həm də Türkiyə polisinin, Milli Kəşfiyyat İdarəsinin (MİT) və İnterpolun rəyinə ehtiyac olacaq.
Məlumata görə, buna səbəb bəzi beynəlxalq mütəşəkkil cinayətkar dəstə üzvlərinin Türkiyə vətəndaşlığı almasına dair iddialardır.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə danışmışdı. O, vətəndaşlıq verilməsi zamanı sui-istifadə hallarının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi barədə təlimat vermişdi.(report)