Türkiyədə külək enerjisindən iqtisadiyyata gələn gəlirin miqdarı artır.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Külək Enerjisi Dərnəyinin sədri İbrahim Erden məlumat verib. O bildirib ki, bu istiqamətdə artım xüsusilə son 10 ildə daha ciddi şəkildə hiss edilməyə başlayıb.
Onun sözlərinə görə. 2023-cü il etibarilə istehsal olunan izafi dəyər 2,2 milyard dollara çatıb. Nəticədə, Türkiyənin külək sənayesindən iqtisadiyyata 2,2 milyard dollar faydası olub.
İbrahim Erden onu da deyib ki, külək sektorundan ən çox ixrac edilən 6 ölkənin hamısı Avropa Birliyinin (AB) üzvüdür.
Türkiyənin Avropa İttifaqı ölkələrinin ixracatda önə çıxması ilə külək enerjisi sahəsində Avropa üçün strateji tərəfdaşlıq rolunu gücləndirdiyini ifadə edən Erden, TÜREB Sənaye İnventarına görə Almaniya, İspaniya və Portuqaliya kimi külək sənayesi inkişaf etmiş AB ölkələrinin dayandığını bildirib. Türkiyəyə ixracat edilən ilk 3 ölkə olaraq bunun külək sənayesinin rəqabət gücünü ortaya qoyduğunu açıqlayıb.
Natiq Orucov